Borrel: “Avropa maraqlarını qorumaq üçün hərbi müdaxilə edə bilməlidir”

img

30-08-2021 [17:56]


“Avropa İttifaqı ABŞ müdaxilə etmək istəməyəndə də maraqlarını qorumaq üçün hərbi müdaxilə edə bilməlidir”.

Bunu İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsi zamanı Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel söyləyib.

O bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq edən 520 nəfər Əfqanıstandan İspaniyanın paytaxtı Madriddə qurulmuş mərkəzə gətirilib:

"Bu rəqəm kifayət deyil. Bəs keçmişdə bütün Aİ ölkələri ilə işləyən və ya vətəndaş cəmiyyətində demokratik bir Əfqanıstan inşa etməyə çalışan insanlar nə olacaq?"

Co Baydenin çıxışlarından artıq ABŞ-ın başqaları üçün mübarizə aparmağa həvəsli olmadığı mesajını aldığını vurğulayan Borrel yaranmış böhranın münasibətləri daha balanslı şəkildə qurmaq üçün fürsətə çevrilməsini vacib sayıb.

”Aİ maraqlarını qorumaq üçün hərbi gücə ehtiyac duyur. Avropalılar olaraq regionu təhlükəsiz vəziyyətə gətirmək üçün Kabil hava limanının ətrafına 6 min hərbçi göndərə bilmədik. ABŞ göndərdi, amma biz edə bilmədik. Avropa İttifaqı ABŞ müdaxilə etmək istəməyəndə də maraqlarını qorumaq üçün hərbi müdaxilə edə bilməlidir”, - o söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR