Xoşqədəm Xəzər TV-dən getməsindən yazdı: "Rahat olun, özüm ayrılmışam və..."
30-08-2021 [16:44]
"Düz bir il əvvəl, 2020-ci il iyul ayında mənim üçün əziz olan "Xəzər TV"dən ayrılmaq istəmişdim, amma həmin ərəfədə baş verən hadisələr məni dayandırdı".
Bu barədə tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva "Instagram" hesabında yazıb. O bildirib ki, noyabr ayında çox böyük haqsızlıqla üz-üzə qalıb:
"O vaxt belə kanaldan ayrılmağı qeyri-etik saydım. Çünki kanalı sezonun ortasında pis vəziyyətdə qoymaq heç bir peşəkarlığa sığmazdı. Məhz buna görə mən sezon bitənə qədər gözlədim. 23 iyul veriliş bitdi və növbəti həftə artıq rəhbərliyə kanaldan ayrılmaq istədiyimi bildirdim. Bütün dünyada olduğu kimi, mən də sezon bitəndə çalışmaq istəmədiyimi açıqladım. Təbii ki, rəhbərlik buna razılıq vermədi, mənə düşünmək üçün vaxt verdi, istəklərimin hamısını nəzərə alacağını bildirdi. Amma, özüm öz istəyimlə bu qərarı verdim. Təbii ki, bir kanal üçün 3 saatlıq efir vaxtını dolduran, TV-yə böyük pullar gətirən, reytinq gətirən bir layihəni itirmək asan deyil.
Bütün dünyada bu cür ayrılmalar var, TV-lər transferlər edir, elə ən çox baxdığımız türk kanallarına diqqət edin. Hər kəsə bəllidir ki, "Səni axtarıram" mənə aid, rəhbəri olduğum bir layihədir. Yəni, hansısa bir TV-nin layihəsi deyil ki, bu layihənin müəllifi çalışdığı kanalla yolların ayıranda layihə bağlandı və s. yazaq. Elə çox da uzağa getməyək. Murad müəllimin özünün müəllifi olduğu “Maşın Şou” "Lider TV"də başladı, "ATV" kanalına getdi, daha sonra "ANS"də, sonra təkrar "ATV"də davam etdi. Burada nə var?
Bu fotonu bilərək paylaşıram ki, biləsiniz, körpələrimlə birlikdə böyüməsi üçün böyük fədakarlıq göstərdiyim, əmək sərf etdiyim kanaldan ayrılmaq heç də asan deyil. Onlar yeni doğulmuşdu, mən Arını xəstəxanada qoyub, Tümenə yeni sezon üçün çəkilişə getdim. 4 ayları var idi, artıq mən onları yalnız gecə işdən gələndə görürdüm. İşə başladığım kanalın o vaxtkı durumunu hər kəs çox yaxşı bilir. Düşünün, bu layihəni tamaşaçımın olmadığı bir TV-də baxımlı etməklə yanaşı bir TV-nin reytinqini qaldırmaq, sponsorlar cəlb etmək üçün nə qədər əmək sərf etmişəm.
Əmək verdiyim bir kanaldan ayrılmaq sizcə asandırmı? Təbii ki, yox! Amma elə şeylər olur ki, insan heç nəyə baxmır. Mən kimsəni qırmadan öz ərizəmlə ayrıldım (ərizəni paylaşa bilərəm, amma etik deyil) "Xəzər TV" mənim öz doğma kanalımdır, o cümlədən Murad müəllim mənim üçün çox doğmadır. Elə olmasaydı, ən şad günümü ona etibar etməzdim. Biz hər ikimiz zəhmətimizlə bir yerlərə gəlmiş insanlarıq və rəhbərim olduğu müddətdə münasibətlərimiz qarşılıqlı hörmət və dostluq üzərində olub. Noyabr ayında haqsızlıqla qarşılaşanda mənə dəstək verən doğmalarımdan biri Murad müəllim olub. Deməyim odur ki, Murad Dadaşov bir qadınla savaşacaq kişiliyə sahib biri deyil ki, mən ona görə kanaldan gedim. Mənim ayrılmamın rəhbərliyimə, dostluq etdiyim bir insanla münasibətlərimə heç bir aidiyyəti yoxdur! Ayrılmaq düşmən olmaq demək deyil. Axı niyə biz istər işdə, istər ailədən ayrılarkən düşmənçilik kimi anlayırıq, o tərəfə çəkirik? Türkiyə televiziyalarında da bu hallar yaşanır və çox da normal qarşılanır. Bu il Seda Sayan da dostu Acunun kanalından ayrılıb, digər kanala keçdi. İndi düşmən olsunlar? Niyə başqa ölkələrdə bu cür ayrılmalar normal qarşılanır, amma biz nəsə axtarırıq?!
Nə isə, çox vaxtınızı almayım, rahat olun mən özüm ayrılmışam və hazırda istirahət edirəm. Hə, yeri gəlmişkən, “Səni Axtarıram”ın sezon finalında dediyim kimi, harada olmağımdan asılı olmayaraq, hər zaman sizinləyəm. Axtarışlarınızı, sosial problemlərinizi “Səni Axtarıram”ın "Instagram" hesabına, "WhatsApp" nömrələrimizə (050) 501 01 47, (070) 277 18 25 yazın, yardımçı olaq və “Xoşqədəm Hidayətqızı Official” "Youtube" kanalımızı da izləməyi unutmayın!".
Aparıcı son olaraq bu sözləri də qeyd edib:
"Və mənim sevdiyim kanaldan ayrılmağımla bağlı xəbər hazırlayıb məni hər dəfə bir kanala aparan, ordan qovduran, sonra kiminləsə calaşdırıb sonra yenə qovduran dostlar, lütfən bu açıqlamadan sonra məni haralarasa aparmağı dayandırın, söz verirəm qərarımı verdiyim gün açıqlamanı özüm sizə verəcəm. İstirahətdəyəm , icazənizlə istirahət edim, çünki bu istirahət mənim haqqımdır.
Sizi çox sevirəm".
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir