Salyanda Kürdə qayıq batıb: boğulan 15 yaşlı uşağın meyiti tapıldı - FOTO (Xəbər yenilənib)

img

30-08-2021 [09:49]


Dünən Salyan şəhərinin Babazanlı massivində Kür çayında batan 15 yaşlı Emil Əziz oğlu Baxışovun cansız bədəni bu gecə saat 2 radələrində FHN nin dalğıc-axtarış qrupu üzvlərinin və yerli gənclərin əzmkarlığı nəticəsində tapılaraq sudan çıxarılıb.

Mia.az xəbər verir ki, Emilin namaz qılan və Quran oxuyan bir gənc olduğu deyilir.

Allah rəhmət eləsin!

***

Bu gün Salyanda Kür çayında 15 yaşlı oğlan batıb.

Mia.az xəbər verir ki, bu gün axşam saatlarında Salyan şəhərinin Babazanlı massivində Kür çayında gəzintiyə çıxmış taxta qayığa su dolub.

Bu zaman qayıqçı 2 azyaşlı uşağı xilas etsə də, 15 yaşlı Emil Əziz oğlu Baxışov suda boğulub.

Hazırda hadisə yerinə rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşıb.

Az əvvəl hadisə yerinə gəlmiş FNH dalğıc-axtarşı qrupu tərəfindən axtarışlara başlanılıb.

Emil Məmmədov

img

Digər xəbərlər
SON XƏBƏRLƏR