Bayden Kabil hava limanında yeni terror ehtimalının olduğunu dedi: "Vəziyyət fövqəladə dərəcədə təhlükəlidir"

img

29-08-2021 [00:23]


Amerika hərbçiləri ən yaxın 24-36 saatda Əfqanıstanın paytaxtı Kabilin aeroportuna terrorçuların yeni hücum ehtimalının yüksək olduğunu güman edirlər.

Bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Vəziyyət fövqəladə dərəcədə təhlükəli olaraq qalır, aeroporta terror hücumları təhlükəsi əvvəlki kimi yüksəkdir. Bizim komandanlığımız mənə bildirdi ki, növbəti 24-36 saatda hücum ehtimalı olduqca yüksəkdir", - o deyib.

Onun sözlərinə görə, ABŞ İŞİD terror qruplaşmasına bir zərbə ilə kifayətlənməyəcək və Amerikanın 13 hərbçisinin həyatına son qoymuş partlayışda əli olanları izləməyə davam edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA