"Bu ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb" - Çavuşoğlu

img

28-08-2021 [18:03]


“Daha ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb”.

Mia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.

“Bölgəmiz və insanlarımız dini, məzhəbi və etnik ayrı-seçkilikdən çox əziyyət çəkib. Bu ayrı-seçkiliklərə daha dözümümüz qalmayıb. Bölgədə qalıcı stabillik üçün iqtisadi və inzibati islahatlar vacidir. Xalqlarımızın rifahı üçün strateji infrastruktur layihələrini gerçəkləşdirməliyik. Təhlükəsizlik olmadan iqtisadi islahatlara nail olmaq mümkün deyil. Bölgəmizdə təhlükəsizliyə ən böyük təhdid terrorçuluqdur. Regional əməkdaşlığı və sülhü zəhərləyən terror təşkilatları ilə geri çəkilmədən mübarizə aparmalıyıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA