"Taliban" sabiq müdafiə nazirinin qiyam qaldıran oğlu ilə anlaşmağa can atır

img

25-08-2021 [15:26]


Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Pəncşir əyaləti ilə bağlı razılaşma əldə olunacağını açıqlayıb.

 “RİA Novosti” xəbər verir ki, “Taliban”a tabe olmayan yeganə Əfqanıstan əyaləti olan Pəncşirlə bağlı yaxın vaxtlarda sülh yolu ilə razılaşma ola bilər.

“Pəncşirdə sülh razılaşması əldə edilməsinə yaxın vaxtlarda dinc yolla nail olunacaq”, - “Taliban” nümayəndəsi bildirib/Report.

Xatırladaq ki, sözügedən bölgədə sabiq müdafiə naziri Əhməd şah Məsudun oğlu qiyam qaldırıb. O, "Taliban"a savaş elan edərək, doğulduğu tacik bölgəsini təslim etməyəcəklərini bəyan edib.

Mia.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA