Atası DİN-in sabiq idarə rəisi, Baba Pünhanın dostu və... -  Alim Qasımovun oğurluqda ittiham olunan kürəkəni haqda maraqlı məlumatlar

img

24-08-2021 [17:32]


Xəbər verildiyi kimi, Xalq artisti Alim Qasımovun kürəkəni oğurluq ittihamı ilə həbs olunub.

Mia.az-ın xəbərinə görə. yayılan mlumatdfa bildirilib ki, Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov qaynatasının evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir. Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Bəs, xalq artistinin kürəkəni kimdir?

Mia.az xəbər verir ki, məşhur xanəndə Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanovun atası Əziz Mövlanov 1992-93-cü illərdə Salyan və Şirvan şəhərlərinndə polis rəisi olub.

O, daha sonra DİN-nin idarə rəisi işləyib. Əziz Mövlanov, həm də məşhur "Qulp" verilişinin aparıcısı,  mərhum Baba Pünhanın yaxın dostu kimi tanınınb.

Onu da qeyd edək ki, Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanovun həbsinə belə reaksiya verib: “Bunu yaymağın nə mənası var? Elə edin ki, yayılmasın. Məsələnin üstü örtülsün. Başımıza belə bir iş gəlib. Nə deyim, başımız sağ olsun”.

Qeyd edək ki, Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Növbəti iclas sentyabrın 30-a təyin olunub. 

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub