Avropa İttifaqı Əfqanıstana humanitar yardımı artıracaq

img

24-08-2021 [13:02]


Avropa İttifaqı (Aİ) Əfqanıstana ayrılan humanitar yardımın həcmini artırmaq barədə qərar qəbul edib.

TASS xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen məlumat verib.

Onun sözlərinə görə, Aİ Əfqanıstana ayrılan humanitar yardımı 57 milyon avrodan 200 milyon avroyadək artıracaq.

Bildirilib ki, humanitar yardım təkcə Əfqanıstanda yaşayan insanlar üçün deyil, həmçinin ölkə hüdudlarından kənardakı qaçqınlar üçün nəzərdə tutulub.

U.Leyen həmçinin deyib ki, Əfqanıstanda yeni hakimiyyət insan hüquqlarına riayət etməyə başlayana qədər nəzərdə tutulmuş 1 milyard avroluq iqtisadi yardım dondurulub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA