Ukrayna təyyarəsi Əfqanıstanda qaçırılıb? - XİN-dən iddialara reaksiya

img

24-08-2021 [10:18]


Əfqanıstanda Ukraynaya məxsus təyyarənin qaçırılması barədə yayılan məlumatlar təkzib edilib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko məlumat verib.

“Kabildə və ya başqa bir yerdə qaçırılmış Ukrayna təyyarəsi yoxdur: “Qaçırılmış təyyarə” barədə müxtəlif KİV-lərdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir”/Report

***

Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.

Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb: “Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”.

Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA