Bayden: "Bu, kritik bir irəliləyişdir, amma daha sürətli hərəkət etməliyik"

img

23-08-2021 [23:34]


ABŞ-da vaksinasiya 100 mindən çox insanın həyatını xilas edib və 450 mindən çox xəstəxanaya yerləşdirilməsinin qarşısını alıb.

Bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

"Bu, kritik bir irəliləyişdir, amma daha sürətli hərəkət etməliyik", - ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, bu günə qədər 12 yaşdan yuxarı ölkə sakinlərinin 71% -i azı bir dozada koronavirus peyvəndi qəbul edib.

"Hazırda 170 milyondan çox insan tam peyvənd olunub," - Cozef Bayden qeyd edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA