Almaniya əfqan qaçqınlarına yüz milyon avro ayırıb

img

23-08-2021 [19:46]


Almaniya Əfqanıstanla qonşu ölkələrdə məskunlaşan əfqan qaçqınlarına kömək məqsədilə beynəlxalq təşkilatlara 100 milyon avro təcili maliyyə yardımı ayırıb.

Bunu Almaniyanın xarici işlər naziri Heiko Maas keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Berlin Əfqanıstanın qonşu dövlətləri ilə bununla bağlı artıq danışıqlara başlayıb. Danışıqlar Özbəkistan, Pakistan, Tacikistan və Hindistan xarici siyasət idarələrinin rəhbərləri ilə aparılır.

Razılığa əsasən, sərhədi keçən və Almaniyaya göndərilmək üçün Əfqanıstanla qonşu ölkələrdə müvəqqəti sığınacaq alan qaçqınlar bu yardımdan yararlana biləcəklər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA