Sabiq nazir Almaniyada kuryer işləyir - FOTO

img

23-08-2021 [15:23]


Əfqanıstanın sabiq rabitə və informasiya texnologiyaları naziri Əhməd Şat Saadat Leypsiq şəhərində pizza kuryeri işləyir.

“İzvestiye” xəbər verir ki, sabiq nazir “Lieferando” çatdırılma xidmətinin əməkdaşı kimi fəaliyyət göstərir və velosipedlə pizza daşımaqla məşğuldur.

2018-ci ildə Saadat Nazirlər Kabinetinin tərkibində olub və kənd əhalisi üçün mobil rabitə şəbəkəsinin genişləndirilməsinə cavabdehlik daşıyıb.

Rəhbərlik etdiyi qurumun maliyyəsini “talibançılar”la mübarizəyə yönəltməkdən imtina etdiyinə görə 2020-ci ildə Qani hakimiyyəti onu istefaya göndərib. Sabiq nazir həmin vaxtdan Almaniyaya köçüb/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA