“Taliban” ölkədən qaçan prezidentlə yaxın ətrafını bağışlayıb: "Ölkəyə dönə bilərlər"

img

23-08-2021 [13:28]


“Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qani və vitse-prezident Əmrulla Saleh haqqında amnistiya elan edib.

“Talibanın”ın yüksək vəzifəli lideri Xəlil ur Rəhman Hakkani Pakistanın Geo TV telekanalına bildirib ki, Prezident, vitse-prezident və Prezidentin təhlükəsizlik məsələləri üzər müşaviri Həmduilla Mohibi əfv edirlər.

“Onlar istəsələr, ölkəyə qayıda bilərlər. Biz öz tərəfimizdən bizə qarşı döyüşmüş generaldan tutmuş adi insana qədər hamını bağışlayırıq. Əfqanıstan rəhbərliyi ilə bizim aramızda düşmənçilik yalnız dinlə bağlı olub”, - deyə o bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA