Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb: "Mən düşünməliyəm ki, onlarla nə edim”

img

23-08-2021 [13:22]


Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı sərhəd pozuculuğunda günahlandırıb.

BELTA xəbər verir ki, dövlət başçısı Polşanın sərhəd ərazilərində münaqişə yaratdığını bəyan edib.

A.Lukaşenko Almaniyaya getmək üçün Belarusdan Polşaya keçməyə çalışan Əfqanıstan qaçqınlarının Polşa sərhədçiləri tərəfindən silah təzyiqi ilə geri qaytarıldığını və qaçqınların Polşa-Belarus sərhədində 2-3 sutkadır açıq havada ac və susuz qalmağa məcbur olduqlarını bildirib.

Sərhəddə gecələr cəmi 7-8 dərəcə istilik olur. Bu gün mən düşünməliyəm ki, onlarla nə edim”, - Belarus Prezidenti əlavə edib.

O, Belarusun dövlət sərhədlərinin Polşa tərəfindən pozulduğunu söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA