"Taliban" "Pəncşir aslanı"nın oğluna 4 saat vaxt verdi: "Bölgəni təhvil verin, yoxsa..."

img

22-08-2021 [16:43]


Taliban hərəkatı Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hissələrinə bölgəni onlara təhvil vermək üçün 4 saat vaxt verib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, hərəkat üzvləri Əhməd Məsuda (Taliban müqavimətinin lideri, Əfqanıstanın "Pəncşir aslanı" ləqəbi ilə tanınan Əhməd şah Məsudun oğlu) Pəncşir əyalətini Talibanın nəzarətinə keçməsi üçün dörd saat vaxt veriblər.

Talibanın bu əyaləti ələ keçirmək üçün əməliyyata başlamağa tam hazır olduğu qeyd edilir.

Eyni zamanda, “Əl Cəzirə” telekanalının məlumatına görə, Taliban yaxın vaxtlarda Məsudla görüşmək üçün bir heyət göndərəcək. Görüş zamanı Pəncşirdəki vəziyyət müzakirə ediləcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək/APA.

Xatırladaq ki, tacik əsili oğil Məsud "Taliban"ın hakimiyyətini tanımadıqlarını bildirərək, doğulduğu bölgəyə çəkilərək hərəkata savaş elanı edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq