Ursula von der Leyen: “Aİ “Taliban”la operativ təmaslar qurur, amma..."

img

21-08-2021 [17:57]


Avropa İttifaqı (Aİ) “Taliban” hərəkatı ilə texniki əlaqələri saxlasa da, siyasi danışıqlar aparmır və onu tanımaq niyyətində deyil.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə Avropa institutları üçün fəaliyyət göstərmiş əfqanıstanlı mühacirlərin müvəqqəti qəbul mərkəzini ziyarətindən sonra deyib.

“Aİ “Taliban”la operativ təmaslar qurur. Bu, həyatları xilas etmək üçün lazımdır, amma heç bir siyasi müzakirədən və tanınmadan söhbət getmir”, - deyə o bildirib.

Ursula von der Leyen Aİ-nin “Taliban”ın sözlərini eşitdiyini, lakin bu sözlərin hər şeydən öncə hərəkatın əməlləri və davranışları ilə ölçüləcəyini qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA