Ölkədən qaçan prezidentin qardaşı “Taliban”a qoşuldu

img

21-08-2021 [12:12]


Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” sıralarına qatılıb.

 “Təsnim” xəbər verir ki, Əfqanıstanın keçmiş prezidentinin qardaşı “Taliban” üzvlərindən olan Xəlil əl-Rəhman Həqqani ilə görüşdə qrupa qoşulduğunu bildirib.

Görüş əsnasında Qəni hərəkata dəstəyini ifadə edib.

Həqqani daha əvvəl keçmiş prezident Həmid Qərzai, Yüksək Barışıq Şurasının sədri Abdullah Abdullah və Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar da daxil olmaqla, bir sıra Əfqanıstan siyasi xadimləri ilə görüşüb.

“Taliban”a yaxın olan bəzi şəxslər Həqqaninin Kabul valisi olacağını qeyd edirlər/Reyting.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA