ABŞ prezidenti: "Düşünmürəm ki, "Taliban"a tanınma lazımdır"

img

19-08-2021 [15:58]


ABŞ Prezidenti Co Bayden "Taliban" qruplaşmasının dəyişilməsi və 90-cı illərdəki ideoloji xəttinin yumşalmasına dair fikirlərə münasibət bildirib.

TASS xəbər verir ki, o, "Taliban"ın dəyişildiyinə inanmadığını bəyan edib.

"İnanmıram ki, "Taliban" dəyişilsin", - Bayden söyləyib/Report.

Bayden deyib ki, "Taliban" ekzistensial böhran keçirir:  "Hazırda "Taliban" qruplaşması beynəlxalq birlik tərəfindən rəsmi hökumət kimi tanınmağın onlara lazım olub-olmadığı üzərində düşünür. Buna görə də qruplaşma ekzistensial böhran keçirir. Düşünmürəm ki, onlara tanınma lazımdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA