“İslam Dövləti”nin silahlıları Balidhidin şəhərini ələ keçiriblər

img

19-08-2021 [15:12]


Terrorçu “İslam Dövləti” qruplaşmasının silahlıları Somalinin şimal-şərqində yerləşən Balidhidin şəhərini ələ keçiriblər.

Bu barədə yerli “Garowe Online” xəbər portalı məlumat yayıb.

Məlumata görə, terrorçular hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra avqustun 18-i şəhərə daxil olublar. Rayon administrasiya rəhbərinin qətlə yetirildiyi bildirilir. Portal onu da qeyd edib ki, Balidhidin şəhəri “İslam Dövləti”nin nəzarəti altına düşən ilk Somali şəhəridir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA