Lavrov Əfqanıstanda qeyri-müəyyənlik olduğunu bəyan etdi: "Pəncşirdəki situasiya barədə məlumatlar var" 

img

19-08-2021 [14:49]


Rusiya XİN başçısı Sergey Lavrov “Taliban” qruplaşmasının hələ bütün Əfqanıstan ərazisinə nəzarət etmədiyini bildirib.

TASS xəbər verir ki, o, Əfqanıstandakı bütün qüvvələri dialoqa çağırıb.

“Əfqanıstanın Pəncşir vilayətindəki situasiya barədə məlumatlar var. Orada Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Salehin və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb. Vətəndaş müharibəsi bütün Əfqanıstana yayılanda biz bütün qüvvələrin iştirakı ilə ümummilli dialoqa çağırmışdıq. İndi də tərəfləri bütün etnokonfessional qüvvələrin iştirakı ilə ümummili dialoqun gerçəkləşdirilməsinə çağırırıq. Bu, əzabkeş ölkədə hökumətin formalaşmasına, nümayəndəli idarəetmənin yaranmasına imkan verəcək”, - S.Lavrov bəyan edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA