Əfqanıstanda gözlənilən proses: Həmid Kərzai "Taliban"la görüşüb - FOTO

img

18-08-2021 [14:54]


Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai və Milli Barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla "Taliban"la görüşüb.

 "Khaama" agentliyinin verdiyi xəbərə görə, görüş bu gün Kabildə baş tutub.

Agentlik bildirib ki, Həmid Kərzai və Abdulla Abdulla "Taliban"ın Dohadakı müzakirələr komandasının üzvü və Əfqanıstan İslam Əmirliyinin üç vəkilindən biri Saracudind Haqqaninin qardaşı Anas Haqqani ilə görüşüb.

Görüşdə həmçinin Nümayəndələr Palatasının spikeri Fazal Hadi Muslimyar və ovaxtkı prezident Həmid Kərzainin administrasiyasının rəhbəri Kərim Xurram da iştirak edib.

Görüşdə medianın iştirakına icazə verilməyib/APA.

Xatırladaq ki, Kərzai "Taliban"nın ölkəni ələ keçirməsindən sonra açıqlama verərək, ölkəni tərk etməyəcəyini və proseslərin axarına düşməsi üçün əlindən gələni edəcəyini bəyan etmişdi.

Məhz bu açıqlamadan sonra onun "Taliban" liderləri ilə təmas quracağı gözlənilirdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA