“Taliblər” geyiminə görə qadını qətlə yetirib

img

18-08-2021 [11:13]


Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşması üzvlərinin bir qadını geyiminə görə qətlə yetirdiyi barədə xəbərlər yayılıb.

Belə bir iddia ilə ABŞ-ın “FOX News” telekanalı çıxış edib.

Bildirilib ki, Əfqanıstanın Taxar vilayətində bir qadın şəriət qaydalarına uyğun geyinmədiyinə görə “Taliban” qruplaşmasının üzvləri tərəfindən öldürülüb.

Qeyd edək ki, dünən “Taliban”ın sözçüsü Süheyl Şahin qadınların işləməsi və oxuması barədə müsbət mesajlar vermişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA