Özbəkistan XİN: “Taliban”la təmasları dəstəkləyirik”

img

17-08-2021 [11:46]


Özbəkistan Xarici İşlər Nazirliyi Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ilə təmaslar barədə məlumat yayıb.

“TASS” xəbər verir ki, məlumatda Özbəkistan hakimiyyətinin sərhədlərin mühafizəsi və sərhədyanı bölgələrdə sabitliyin qorunması üçün “Taliban”la sıx təmasları dəstəklədiyi ifadə olunub.

Bildirilib ki, Özbəkistanın Kabil və Məzari-Şərif şəhərlərindəki diplomatik missiyaları fəaliyyətini davam etdirir.

Həmçinin sərhədlərin pozulması ilə bağlı istənilən addıma qarşı Özbəkistan qanunvericiliyinə uyğun tədbirlər görüləcəyi qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA