Rusiya XİN: “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasından hələ söhbət gedə bilməz”

img

16-08-2021 [12:17]


Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Taliban” qruplaşmasının hələ terror təşkilatları siyahısından çıxarılmayacağını bildirib.

“RİA Novosti” xəbər verir ki, XİN hələ bundan söhbət gedə bilməyəcəyini vurğulayıb.

“Hələ “Taliban” qruplaşmasının terror təşkilatları siyahısından çıxarılmasından söhbət gedə bilməz. Bunun üçün BMT-nin qərarı ilə prosedurlar olmalıdır”, - deyə bildirilib.

Rusiyanın Əfqanıstandakı səfiri isə səfirliyin əvvəllər Əfqanıstan hərbçiləri tərəfindən qorunduğunu, lakin indi “Taliban” qüvvələrinin onları əvəzlədiyini söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA