"Millətmizin başı sağ olsun, rus xalqına da başsağlığı veririk" - Çavuşoğlu

img

14-08-2021 [18:12]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Kahramanmaraşda yanğın söndürən Rusiyaya məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb: “Kahramanmaraşdakı yanğına müdaxilə zamanı yaşanan təyyarə qəzasında türk və rus ekipaj üzvlərinin həyatını itirməsindən böyük üzüntü duydum. Millətmizin başı sağ olsun. Rus xalqına da başsağlığı veririk. Qəhrəmanca fədakarlıqları unudulmayacaq!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA