NATO Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb

img

13-08-2021 [20:02]


NATO Əfqanıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, NATO Kabildə diplomatik mövcudluğunu saxlamağı planlaşdırır və Əfqanıstan hakimiyyəti ilə qarşılıqlı əlaqələri davam etdirəcək.

Bəyanata görə, təşkilat Əfqanıstanda vəziyyəti yaxından izləyir.

"Buna baxmayaraq, diplomatik korpus nümayəndələrinin təhlükəsizliyi ittifaq üçün vacibdir", - bəyanatda qeyd olunur.

Bununla yanaşı, Alyans Əfqanıstanı ələ keçirəcəyi təqdirdə Taliban hakimiyyətini tanımaqdan imtina edəcəyini bəyan edib.

NATO Baş katibi Yens Stoltenberq bundan əvvəl demişdi ki, "Taliban" anlamalıdır ki, hakimiyyəti təhvil alacaqları təqdirdə beynəlxalq birlik tərəfindən tanınmayacaqlar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq