"Taliban"  Kabilin ətrafında döyüşür: “Bu gün şəhərin işıqlarını kəsdilər..."

img

13-08-2021 [15:28]


“Taliban” qruplaşması Əfqanıstanın paytaxtı Kabilin 50 km-liyində olduğu üçün biz çox narahatıq”.

Bunu İtaliyanın Əfqanıstanda fəaliyyət göstərən “Pangea” humanitar təşkilatının prezidenti Luka Lo Presti telefon vasitəsilə “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, Kabildə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

“Bu gün səhər kabelləri kəsdilər. Şəhər demək olar ki, işıqsız qalıb, təcrid vəziyyətindədir”, - Lo Presti deyib.

Humanitar təşkilatın başçısı bütün çətinliklərə baxmayaraq, Əfqanıstanda xalqa yardım etmək məqsədilə fəaliyyət göstərdiklərini qeyd edib: “Dünya Əfqanıstandakı hərbi məğlubiyyətin biabırçılığının arxasında gizlənir”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA