Qəznə əyalətinin başçısı bölgəni “Taliban”a təhvil verdiyi üçün saxlanılıb

img

12-08-2021 [15:43]


Əfqanıstanın mərkəzində yerləşən Qəznə əyalətinin başçısı Daud Laqmani rəhbərlik etdiyi bölgəni “Taliban”a təhvil verdiyi üçün saxlanılıb.

Məlumatı “Ariana News” telekanalı yayıb.

Bildirilib ki, Daud Laqmani, müavini və ofisinin başçısı hakimiyyətin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Laqmani başçılıq etdiyi regionu bilərəkdən “Taliban” qruplaşmasına təhvil verməkdə ittiham olunur.

Əfqanıstanın Daxili İşlər Nazirliyi başçının saxlanılmasını təsdiqləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:32 19.11.2024

Sabah yağış yağacaq