Türkiyədə böyük yanğınların hamısı söndürülüb

img

12-08-2021 [12:37]


Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazir bu barədə tviter səhifəsində məlumat verib.

“28 iyuldan başlayan və 15 gündür davam edən yanğınların son həlqəsi olan Muğla-Köyceğizdəki meşə yanğınlarını da meşə qəhrəmanları sayəsində nəzarətə aldıq. Beləliklə, böyük yanğınların hamısını söndürmüşük”, - nazir bildirib.

Xatırladaq ki, iyulun 28-dən Türkiyədə başlayan meşə yanğınları 46 vilayətə ziyan vurub. Bu faciəvi hadisə nəticəsində 8 nəfər vəfat edib, çoxlu sayda heyvan ölüb, minlərlə insan evindən didərgin düşüb, minlərlə ağac, çiçək, kol və başqa bitki örtüyü məhv olub. Türkiyəni bürüyən yanğınların söndürülməsi üçün Azərbaycan, Ukrayna, Rusiya, İran, ABŞ, Avropa İttifaqı və başqa dövlətlər yardım ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA