Pentaqon nümayəndəsi: "Taliban" Kabili bir həftəyə ələ keçirə bilər"

img

11-08-2021 [12:03]


“Taliban” qruplaşması 30-90 gün ərzində Əfqanıstanın paytaxtı Kabili ələ keçirə bilər”.

“Sputnik Afqanistan” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi “Washington Post” qəzetinə bildirib.

ABŞ hərbçisi hesab edir ki, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və “Taliban” qruplaşması istəyərsə Kabili bir həftədən 3 ayadək müddət ərzində tuta bilər.

Başqa bir mənbə isə bildirib ki, ABŞ qısa bir müddətdə diplomatlarını və başqa vətəndaşlarını Kabildən çıxarmalıdır.

2020-ci ilin iyununda ABŞ-ın xüsusi xidmət orqanları 6 ay ərzində “Taliban”ın Kabili ələ keçirə biləcəyini bildirmişdi. Hazırda qruplaşma Əfqanıstanın 34 əyalətindən 9-na nəzarət edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA