ABŞ-ın B-52 təyyarəsi "Taliban"çıları bombaladı

img

07-08-2021 [21:54]


ABŞ-ın “B-52 Stratofortress” bombardmançıları Əfqanıstanın Cauzdan əyalətində radikal “Taliban” hərəkatının mövqelərinə zərbələr endirib.

Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman bildirib.

Qeyd edilir ki, silahlılar ağır itkilərə məruz qalıblar.

"Taliblər qrupu Cauzdan əyalətinin Şiberqan şəhərində “B-52”-nin hədəfi oldu. Terrorçular ABŞ-ın Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində ağır itkilər verdilər", - Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman tvitterdəki hesabında bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA