"Əfqanıstanı dərhal tərk edin" - ABŞ öz vətəndaşlarına mürcaiət etdi

img

07-08-2021 [13:11]


ABŞ-ın Kabildəki səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını yaranmış təhlükəli vəziyyətə görə Əfqanıstanı dərhal tərk etməyə çağırıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Əfqanıstanda, hətta Kabildəki diplomatik nümayəndəliklərdə çalışanların bir hissəsi ixtisar edildiyindən səfirliyin ABŞ vətəndaşlarına yardım etmək imkanları da məhduddur: “Bu kimi səbəblərdən vətəndaşlarımızı Əfqanıstan ərazisini dərhal tərk etməyə çağırırıq”.

Səfirlik ABŞ kommersiya reysi üçün bilet ala bilməyən vətəndaşlarına borc verməyə hazır olduğunu da vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA