Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi hərbi təlimləri başa çatıb

img

06-08-2021 [13:11]


Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit - 2021” hərbi təlimləri başa çatıb.

Məlumata görə, iyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA