“A+A” Şirkətlər Qrupunun Bakıdakı ofislərində əməliyyat: saxlanılanlar var?

img

04-08-2021 [15:39]


Azərbaycanın tanınmış tikinti şirkətində əməliyyat keçirilib.

Mia.az bildirir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, “A+A” Şirkətlər Qrupunun Bakıdakı ofislərində həyata keçirilən əməliyyatlar zamanı bir sıra qanunsuzluqlar aşkar edilib.

Aşkarlanan faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, “A+A” böyük tikinti şirkətidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR