Avropa Liqası: "Neftçi"  HİK-lə sülhə razılaşdı

img

03-08-2021 [22:49]


Bu gün UEFA Avropa Liqasında “Neftçi” “Bakcell Arena”da Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, oyun  heç-heçə ilə başa çatıb - 2:2.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək.

Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

***

UEFA Avropa Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək "Neftçi" və Finlandiyanın HİK (Helsinki) klublarının start heyətləri açıqlanıb.

Mia.az xəbər veirr ki, komandalar bu heyətlə meydana çıxacaq:

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 29. Samir Buqrin, 36. Mamadu Kane, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Samir Abasov

HİK: 12. Yakob Tonnander, 3. Yanne Saksela, 5. Deniel O Şonessi, 6. Jair, 10. Lukas Linqman, 11. Roope Riski, 13. Luis Karlos Murilyo, 15. Miro Tenho, 16. Valtteri Moren, 24. Devid Braun, 27. Filip Valençiç

Baş məşqçi: Toni Koskela

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR