Azərbaycanda daha 931 nəfər koronavirusa yoluxub, ölənlər var - Qərargah son məlumatı yaydı

img

03-08-2021 [20:21]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

"Bununla da indiyədək ölkədə ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddət ərzində isə ümumilikdə 4 060 235 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR