SAXLANILAN DEPUTAT DAHA NƏLƏR EDİB? - Baş prokuror "biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq" deyir
03-08-2021 [15:25]
Baş prokuror Kamran Əliyevin bu gün Milli Məclisdə Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi ilə bağlı təqdimatında maraqlı məqamlara toxunub.
Mia.az Axar.az-a istinadla xəbər verir ki, xüsusilə Kamran Əliyev millət vəkili Tahir Kərimlinin çıxışına cavabında üstüörtülü bir mesaj verib.
Tahir Kərimli “Niyə polis gedib öz rəhbərinə məlumat verməlidi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - deyə deputat toxunulmazlığının ləğvinə qarşı bir mövqe ortaya qoymuşdu.
Kamran Əliyev isə Tahir Kərimliyə məsələnin fərqli olduğu haqda eyham vurmaqla, problein ciddiliyinə aydınlıq gətirməyə çalışdı:
“Tahir müəllimin yanaşmasının əleyhinəyəm. Biz də başa düşürük ki, hadisənin təfərrüatı var. Ancaq məsələ xırda hal olsaydı, İntizam Komissiyasında baxılardı. Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq. Bu, başqa müstəvidə olan hadisələrdir”.
Spiker Sahibə Qafqarovanın 10 dəqiqəlik səs yazısı ilə bağlı açıqlaması, eyni zamanda Baş prokuror Kamran Əliyevin "Siz sonradan tanış olanda biləcəksiniz, biz tamamilə başqa hadisə ilə də qarşılaşmışıq" eyhamı Eldəniz Səlimovun cəmiyyətə bəlli olandan daha dəhşətli əmələ yol verdiyini təsdiqləyən faktlardır.
Xüsusilə bildirək ki, Kamran Əliyevin baş verən hadisənin araşdırılmasından dərhal sonra fakt üzrə CM-in 309.2-ci maddəsi ilə cinayət işinin açılmasının zəruriliyi barədə qərarı da olduqca ciddi məsələdir.
Maddə 309. Vəzifə səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda —
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Göründüyü kimi, CM-in 309.2-ci maddəsi də kifayət qədər ağır maddədir və E.Səlimovun əmlakı da müsadirə oluna bilər.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"