Mərkəzi Bank açıqlama yaydı
03-08-2021 [14:49]
Beynəlxalq aləmdə informasiya-kommunikasiya texnologiyaları sahəsində baş verən çağırışların davamlı izlənilməsi və innovativ həllərin bank sferasına çatdırılması Azərbaycan Mərkəzi Bankının daim diqqət mərkəzindədir.
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Bank açıqlama yayıb.
Bildirilib ki, beynəlxalq trendlərə uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və maliyyə-bank sektorunda təklif olunan rəqəmsal xidmətlərin genişləndirilməsi məlumat mübadiləsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsini, istismarda olan informasiya resurslarının mümkün təhdidlərdən qorunmasını, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsini və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılmasını vacib edir.
Bu sahədə aparılan tədbirlər nəticəsində, Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda informasiya təhlükəsizliyinə dair minimum tələbləri müəyyən edən “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” (Qayda) işlənib hazırlanaraq AMB-nin İdarə Heyətinin qərarı ilə təsdiq edilib, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir (http://www.e-qanun.az/framework/48025).
İnformasiya təhlükəsizliyi sahəsində yeni Qaydanın tətbiqi üçün banklarda müvafiq informasiya texnologiyaları infrastrukturunun qurulması və informasiya təhlükəsizliyi üzrə biznes proseslərin təşkili üçün siyasət və prosedurlarının hazırlanmasının əhəmiyyətli vaxt tələb edəcəyini nəzərə alaraq adıçəkilən Qaydanın 2022-ci il 1 aprel tarixindən qüvvəyə minməsi və həmin tarixdən etibarən qüvvədə olan AMB-nin İdarə Heyətinin 10 dekabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda informasiya sistemlərinin təhlükəsizliyinə dair Qaydalar”ın ləğv edilməsi qərara alınıb.
Qayda ISO/IEC 2700X standartlarının tələblərinə uyğun olaraq banklarda “İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemi”nin formalaşdırılması və təşkili, insan resurslarının təhlükəsizliyi, aktivlərin idarə olunması, girişlərə nəzarət, kriptoqrafiya, fiziki və perimetr üzrə təhlükəsizlik, informasiya mübadiləsinin təhlükəsizliyi, informasiya sistemlərinin əldə edilməsi, tətbiqi və dəstəklənməsi zamanı təhlükəsizliyin təmin olunması, kənar təchizatçılarla xidməti münasibətlərdə informasiya təhlükəsizliyinin qorunması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi üzrə nəzarət mexanizmlərini və tələbləri ehtiva edir.
AMB ölkənin bank sektorunda informasiya təhlükəsizliyinin təmin edilməsini, xüsusilə də mümkün kiber hücumların vaxtında aşkar edilməsini, mənfi təsirlərinin azaldılması və qarşısının alınması üzrə fəaliyyəti daim diqqət mərkəzində saxlayır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb