ELDƏNİZ SƏLİMOV HƏBS OLUNDU - Məhkəmə qərar verdi + VİDEO/FOTOLAR (Xəbər yenilənib)

img

03-08-2021 [19:00]


Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Mia.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

***

Son məlumata görə, bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.

Mia.az xəbər verir ki, gözlənilir ki, onun mandatına xitam verilərək, barəsində həbs tədbiri seçiləcək.

Qeyd: yazıya əlavə olunan fotolar report-a məxsusdur.

***

Bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb.

Mia.az xəbər verir ki, bu gün Binəqədi rayon məhkəməsində onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılacaq.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR