Hacıqabul Rayon İcra Hakimiyyətinin tender nəticələri ləğv olunub

img

03-08-2021 [13:30]


Hacıqabul Rayon İcra Hakimiyyətinin tender nəticələri ləğv olunub.

Ölkə.az-ın məlumatına görə, yekun nəticələr İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 30 iyul 2021-ci il tarixli AİBNDX-15/01-5/5196p nömrəli məktubuna əsasən ləğv edilib.

Qeyd edək ki, tender 2021-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin yerinə yetirilməsi üçün iyulun 9-da keçirilib. Qalib şirkət - “İnşaatçı-S” MMC ilə 57,565 min manat dəyərində satınalma müqaviləsi imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA