Keçmiş vitse-spiker spiker seçildi - Ermənistanda

img

02-08-2021 [20:02]


Ermənistan Milli Məclisinin sədri vəzifəsinə iqtidardakı Mülki Müqavilə Partiyasının nümayəndəsi, əvvəlki parlamentin sədr müavini Alen Simonian seçilib.

Bunu parlamentin iclası zamanı hesablama komissiyasının sədri Narek Babayan bildirib. O qeyd edib ki, 107 millət vəkilindən səsvermədə iştirak edən 71-nin hamısı A.Simonianın lehinə səs verib.

Müxalifət partiyalarının parlamentdəki nümayəndələri səsvermədə iştirak etməyiblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR