Niyaz Niftiyevin vəkili: "Məhkəmə istintaqı bitib..."
02-08-2021 [18:31]
Ötən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az xəbər verir ki, məhkmə iclasında 5 şahid dindirilib, onlar Niyaz Niftiyevin xeyrinə ifadə veriblər.
Niyaz Niftiyevin vəkili Ənnağı Məmmədli Yenicag.az-a açıqlamasında məhkəmə istintaqının qurtardığını qeyd edib:
“Bu gün beş şahid dindirildi, onların hər biri ayrı-ayrılıqda ifadə verdilər. İfadələrində bildirdilər ki, bələdiyyədən aldıqları arayışlar Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşamaları və sahibkarlıq fəaliyyətilə məşğul olmaları ilə bağlı olub. Üç şahid bildirdi ki, məişət tullantılarına görə borcları olmadığı üçün onlardan arayışla bağlı hər hansı məbləğdə pul alınmayıb. Digər ikisi isə məişət tullantısı ilə bağlı on səkkiz manat borcları olduğu üçün onu ödəyiblər, əlavə pul verməyiblər. Şahidlərdən biri oxuma bacarığının olmadığını, ifadəsi alınarkən nə yazıldığını bilmədiyini və müstəntiqin ona qol çəkdirdiyini qeyd etdi. İfadə elan olunduqdan sonra məlum oldu ki, həqiqətən də, onun oxuma qabiliyyəti yoxdur.
Məhkəmə istintaqının qurtarması elan olundu, sənədlərin tədqiqi prosesinə başlanıldı”.
Qeyd edək ki, növbəti məhkəmə iclası avqustun 9-na təxirə salınıb.
Xatırladaq ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.
Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.
N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb