"Neftçi"nin baş məşqçisi: "Avropa Liqasında qalmaq üçün əlimizdən gələni edəcəyik"

img

02-08-2021 [18:08]


"Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir. çempionatları davam edir. Tbilisi "Dinamo"su ilə matça olduğu kimi, buna da hazırlaşırıq".

Məlumata görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, rəqibin fiziki durumu çox yaxşıdır: "Doğrudan da təhlükəli rəqibdir. Öz ölkəsinin çempionudur. Finlandiya futbolu inkişaf edir. Komandaları güc baxımından müqayisə etrsək, üstünlükləri var. Rəqib daha hazırlıqlıdır. Avropa Liqasında qalmaq üçün əlimizdən gələni edəcəyik. HİK-in xeyli oyununa baxmışıq. "

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR