Dövlət Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərildi

img

02-08-2021 [16:44]


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Məlumata görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin olunub/APA.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.

Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, R. Bayramovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR