Ermənistanda yeni müdafiə naziri təyinatı olub

img

02-08-2021 [16:28]


Ermənistan Prezdenti Armen Sarkisyan ölkəyə yeni müdafiə nazirinin təyin olunması haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Sərəncama əsasən, Arşak Karapetyan bu vəzifəyə təyin edilib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident Armen Sarkisyana müdafiə naziri vəzifəsinə Arşak Karapetyanın təyin olunmasını təklif edib.

“Sputnik Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Prezidentinin Mətbuat xidməti yayıb.

N.Paşinyan ərazi inkişaf və infrastruktur naziri səlahiyyətlərini icra edən Suren Papikyanın Baş nazirin müavini vəzifəsinə, Romanos Petrosyanını isə ətraf mühitin mühafizəsi naziri təyin olunmasını təklif edib.

Qeyd edək ki, Arşak Karapetyan avqustun 2-də Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR