Allahşükür Paşazadə Türkiyənin dini liderinə məktub göndərdi: "Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanındadır"

img

02-08-2021 [15:35]


Şeyxülislam Allahşükür Paşazdə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaşa başsağlığı məktubu göndərib.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm qardaşım!

Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar bizi hədsiz sarsıtdı. Azərbaycan və Qafqaz müsəlmanları adından cənabınızın şəxsində bütün qardaş türk xalqına, yanğınlarda həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm.

Türkiyə Cümhuriyyətinin müdrik dövlət rəhbəri Rəcəb Tayyib Ərdoğan həzrətlərinin rəhbərliyi ilə atılan qətiyyətli addımlar sayəsində qüdrətli Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir, inşallah!

 Hər zaman olduğu kimi, bu çətin günlərdə də Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanındadır.

Əziz qardaşım!

Bu günlərdə məscidlərimizdə qardaş Türkiyə dövlətinin yanğınlarla bağlı bu sınaqdan da tezliklə qurtulması üçün dualar edilir. Fəlakətin nəticələrinin aradan qaldırılmasında müvafiq qurumlarımızın öz qardaşları ilə çiyin-çiyinə mübarizə aparması qürurvericidir. Əminəm ki, birgə səylərimiz öz nəticəsini verəcəkdir inşallah!   

Möhtərəm qardaşım! 

Bir daha Sizə həlak olanlarla bağlı dərin hüznlə başsağlığımızı ifadə edirəm. Allah-Təala  qardaş ölkələrimiz və xalqlarımızı hər zaman qalib qərar versin, təxribat və bəlalardan hifz etsin, Amin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR