Çempionlar Liqası: Pley-off mərhələsinin püşkü atıldı

img

02-08-2021 [14:38]


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sının da potensial rəqibi bəlli olub.

Varşava təmsilçisi III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu keçəcəyi halda, növbəti raundda "Srvena Zvezda" (Serbiya) - "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Polşalılar ilk oyunu səfərdə keçirəcək.

Pley-off cütlükləri bunlardır:

Çempionlar yolu

"Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka)

ÇFR (Rumıniya) / "Yanq Boyz" (İsveçrə) cütünün qalibi - "Ferentsvaroş" (Macarıstan) / "Slaviya" (Praqa, Çexiya) cütünün qalibi

"Malmö" (İsveç) / "Reyncers" (Şotlandiya) cütünün qalibi - "Olimpiakos" (Yunanıstan) / "Lüdoqorets" (Bolqarıstan) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya) / "Şerif" (Moldova) cütünün qalibi - "Dinamo" (Zaqreb, Xorvatiya) / "Legiya" (Polşa) cütünün qalibi

Liqa yolu

"Monako" (Fransa) / "Sparta" (Praqa, Çexiya) cütünün qalibi - "Genk" (Belçika) / "Şaxtyor" (Donetsk, Ukrayna) cütünün qalibi

"Spartak" (Moskva, Rusiya) / "Benfika" (Portuqaliya) / "Midtüllan" (Danimarka) cütünün qalibi


Digər xəbərlər
SON XƏBƏRLƏR