Qırğızıstanın keçmiş prezidenti tutulub

img

02-08-2021 [14:12]


Qırğız Respublikasının keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.

“Sputnik Kırqızstan” xəbər verir ki, o, istintaqa cəlb edilib.

Bir müddət əvvəl Əsgər Akayev Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır. Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur.

Qeyd edək ki, Qırğız Respublikasının sabiq prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev Kumtor qızıl filizi yatağının fəaliyyəti ilə bağlı iş üzrə beynəlxalq axtarışa veriliblər. Əsgər Akayev 1991-ci il avqustun 31-dən 2005-ci il aprelin 11-dək Qırğızıstanın Prezidenti olub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR