Deputatdan yeni referendumla bağlı xəbərələrə reaksiya: "İcra hakimiyyətləri ilə bağlı da neytral vəziyyət yaranıb"
02-08-2021 [13:38]
“Azərbaycanda idarəçilik sisteminin təkmilləşdirilməsi üçün referendum keçirilməsinə ehtiyac var”.
Mia.az xəbər verir ki, bunu Modern.az-a deputat Razi Nurullayev payız aylarında referendum keçiriləcəyi haqqında iddialardan danışarkən deyib.
Deputat xatırladıb ki, referendumun keçirilməsi Prezidentin fərmanı ilə reallaşmalı məsələdir: “Mən də bu cür iddiaları oxuyuram. Şəxsi fikrimdir ki, payızda, ya da bir qədər gec referendum olacaq. Hansısa formada bunun keçirilməsi gözləniləndir. Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, mobilləşdirilməsinə və bir çox qarışıq məqamların aydınlaşdırılmasına ehtiyac yaranıb. Dövlət idarəçiliyində müəyyən dəyişikliklərə nail olmaq üçün referendum olmalıdır. Hətta məncə, icra hakimiyyətləri ilə bağlı da neytral vəziyyət yaranıb. Bəzi ərazilərə yeni icra başçıları təyin edilmir. Prezidentin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanları oldu. Bununla da Azərbaycana tətbiq ediləcək sistem yaradıla bilər, Azərbaycan müxtəlif iqtisadi rayonlara bölünə bilər. Cənub, Aran, Şirvan, Şimal, Şərq, Qərb və s. iqtisadi rayonları formalaşdırıla bilər. Bu isə Azərbaycanda böyük, mərkəzləşdirilmiş şəhərlərin yaradılmasına səbəb olacaq. Belə islahatın aparılması yaxşıdır ki, hər bir rayon və bölgə özünün sosial iqtisadi potensialına görə ixtisaslaşar. Bu, vacib amillərdən biridir. Həmin ərazilərə Prezident tərəfindən nümayəndə təyin olunması gözləniləndir. Həmin nümayəndə ola bilsin ki, şəhərlərdə, rayonlarda özünün icra nümayəndələrini və ya başqa sistem formalaşdırırlarsa, buna uyğun səlahiyyətlilərini yerləşdirsin. Beləliklə, idarəçilik mobilləşəcək”.
Azərbaycanda proporsional seçki sisteminin tətbiq ediləcəyi haqqında iddialara da toxunan R. Nurullayev əlavə edib ki, hər iki seçki sisteminin paralel tətbiqi məqsədəuyğun olardı:
“Proporsional və majoritar seçki sisteminin paralel olaraq Azərbaycanda tətbiq ediləcəyi ilə əlaqədar mülahizələr var. Düşünürəm ki, bu, reallaşsa, yaxşı olardı. Bütün qeyd etdiyimiz məqamlar konstitusiya dəyişikliklərindən, referendumdan keçir. Ona görə, referendumun olması vacibdir. Bu addımın gec, ya tez olacağı ilə bağlı dəqiq söz deyə bilmərəm”.
Qeyd edək ki, Razi Nurullayevdən fərqli olaraq, digər həmkarları referendum keçirilməsi barədə təklifləri müsbət qarşılamayıblar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb