Milli Məclisin İntizam komissiyası toplandı - Baş prokurorun deputatla bağlı təqdimatına müsbət rəy verildi (Xəbər yenilənib)

img

02-08-2021 [13:08]


Milli Məclisin İntizam komissiyası deputat Eld\əniz Səlimovun deputat toxunulmazlığının aradan qaldırılması ilə prokurorluğun təqdimatına bağlı müsbət rəy verib.

Mia.az xəbər verir ki, iclasda Elədəniz Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.

Amma buna baxmayaraq, İntizam komissiyası onun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

***

Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.

Mia.az xəbər verir ki, iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun iştirakı ilə onun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələyə baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR